Qadin.NET / İrəvan türk qutusuna salınır

İrəvan türk qutusuna salınır

 

 

Yaxın zamanlarda Rusiya Dövlət Duması uydurma erməni soyqırımına Kremlin münasibətini bildirən sənəd qəbul edəcək. 
ANS PRESS-in məlumatına görə, Duma sədri Sergey Narışkinin İrəvanda səsləndirdiyi bu fikri erməni politoloqlar Ermənistanın Türkiyə-Rusiya münasibətləri çərçivəsinə salınması kimi dəyərləndirib. 
2000-ci ildən başlayaraq Rusiya ilə Türkiyə arasında müttəfiqlik siyasətinin yürüdüldyünü vurğulayan erməni şərhçi Akop Badalyan Putinlə Ərdoğan arasında bu yaxınlarda gerçəkləşdirilmiş telefon söhbətinə toxunub. 
“Rusiya göstərməlidir ki, Ermənistanın rəyini tam nəzarətdə saxlayır, həmçinin rus-türk sazişlərinə sadiq qalır və Ermənistana rus-türk siyasəti çərçivəsindən kənara çıxmağa imkan vermir”,- deyə Akopyan vurğulayır. 
Rusiya və Türkiyə arasında 1921-ci ildə bağlanmış Qars müqaviləsinin 90 illiyinin hər iki paytaxtda təntənəli şəkildə qeyd edilməsini vurğulayan erməni şərhçi sözügedən sənədlə hər iki dövlətin ermənilərin soyqırım barədə bütün iddialarını rədd etdiklərini vurğulayır. 
Sözügedən müqavilə ilə Moskva Qars vilayətini Türkiyə ərazisi, Naxçıvan MR isə Azərbaycan ərazisi kimi tanınıb. Atatürk və Lenin hökumətləri arasında bağlanmış həmin müqavilədən sonra Rusiya istilaçı Antantaya qarşı istiqlal savaşına başalmış Türkiyə hökumətinə 300 ton qızıl, silah və sursat yardımı edib. 
Akopyan Vladimir Putinin Qazi Mustafa Kamal Atatürkə böyük hörmətlə yanaşdığına və Rusiya-Türkiyə münasibətlərini bu ruhda qurmağa çalışdığına diqqət çəkib: “Keçən ilin dekabr ayında Putin böyük mətbuat konfransında bildirmişdi ki, Rusiya-Türkiyə münasibətləri Atatürkün hakimiyyəti dövründə ən yaxşı idi”. 

 

Mənbə: ANS PRESS

1 aprel 2015
GO BACK