Qadin.NET / Müharibə veteranları Bakıya gəlir

Müharibə veteranları Bakıya gəlir

 

"Azərbaycan veteranlarından ibarət nümayəndə heyəti 9 May Qələbə Günü münasibət ilə Moskvaya səfər edəcək".
Bunu ANS PRESS-ə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 
O bildirib ki, səhhəti imkan verən təxminən 5 veteran Rusiyadakı tədbirlərdə iştirak edəcək. Sədr müavini həmçinin əlavə edib ki, aprel ayının 2-də Bakı Slavyan Universitetində beynəlxalq konfrans baş tutacaq. Həmin konfransa MDB ölkələrindən olan Böyük Vətən Müharibəsi iştirakçıları qatılacaq:
"Aprel ayının 10-dan 17-ə qədər isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərə 15 respublikadan olan Böyük Vətən Müharibəsi iştirakçıları qatılacaq". 
Cəlil Xəlilovun sözlərinə görə, tədbirlər zamanı kino festival da təşkil olunacaq. Festivalda hərbi vətənpərvərlik ruhunda çəkilmiş filmlər nümayiş olunacaq.

 

Mənbə: ANS PRESS
1 aprel 2015
GO BACK