Planetin ən yaşlı sakini Misao Okava həyatını itirib. ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı ölən yapon qadının 118 yaşı var idi. Okava 1898-ci il 5 mart tarixində anadan olub. 2013-cü ildə bu titulun daha əvvəlki sahibi həmyerlisi Dziroemon Kimura 116 yaşında vəfat etdikdən sonra Okava dünyanın ən yaşlı sakini elan edilmişdi.
Qadının 3 uşağı, 4 nəvəsi və 6 nəticəsi olub. Son illərində yaşlı qadın Osaka şəhərində olan qocalar evində yaşayırdı.
Mənbə: ANS PRESS