Qadin.NET / Türkiyə qalib gəldi, Avropa çempionu uduzdu

Türkiyə qalib gəldi, Avropa çempionu uduzdu

 

 

Bu gün dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşləri keçirilib.Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, günün maraqla gözlənilən oyunu Hollandiyada baş tutub.
Burada "narıncılar" son Avropa çempionu İspaniya yığmasını qəbul ediblər. "DÇ-2010"un finalında üz-üzə gələn bu komandalar "DÇ-2014"ün qrup mərhələsində də qarşılaşıblar. Finalda rəqibinə 0:1 hesabı ilə uduzan Hollandiya yığması son dünya çempionatının qrup mərhələsində İspaniyanı darmadağın edib - 5:1. Bu görüşdə də rəqibini üstələyən Hollandiya yığması 2:0 hesabı ilə qalib gəlib.
İsveçrə - ABŞ, Avstriya - Bosniya və Hersoqovina, Estoniya-Finlandiya və Ukrayna - Latviya matçlarında 1:1 hesablı bərabəlik qeydə alınıb. Rusiya - Qazaxıstan görüşündə isə qapılara qol vurulmayıb. Slovakiya üz meydanında Çexiyaya qalib gəlib – 1:0. İsveç doğma azarkeşləri önündə İranı üstələyib – 3:1
"Avro-2016"nın seçmə mərhələsinin son oyununda səfərdə Hollandiya ilə 1:1 bərabərə qalan Türkiyə yığması yoldaşlıq görüşündə Lüksemburq millisi ilə üz-üzə gəlib və 2:1 hesablı qələbəyə sevinib. 
Portuqaliya isə doğma meydanda Kabo-Verdeyə uduzub - 0:2.
31 mart
Beynəlxalq yoldaşlıq görüşləri 
15:25. Yaponiya - Özbəkistan - 5:1
Qollar: 
Aoyama, 6 (1:0), Okazaki, 54 (2:0), Şibasaki, 80 (3:0), Tuhtahuyaev, 82 (3:1), Usami, 83 (4:1), Kavamata, 90 (5:1)
16:00. Cənubi Koreya - Yeni Zellandiya - 1:0
Qol: 
Li Sunq-Jae, 86 (1:0) 
16:35. Çin - Tunis - 1:1
Qollar:
 Manser, 39 (0:1), Yu Dabao, 90+4 (1:1)

21:00. Estoniya - İslandiya - 1:1
Qollar: Qislason, 9 (0:1), Vassilyev, 55 (1:1)
21:00. İsveçrə - ABŞ - 1:1
Qollar: 
Şea, 45 (0:1), Stoker, 80 (1:1)
22:00. Rusiya - Qazaxıstan - 0:0
22:30. İsveç - İran - 3:1
Qollar: 
İbrahimoviç, 11 (1:0), Berq, 21 (1:1), Nekounam, 24 (2:1), Tayvonen, 89 (3:1)
23:00. Ukrayna - Latviya - 1:1
Qollar: 
Yarmolenko, 35 (1:0), Maksimenko, 90+2 (1:1)
23:15. Lüksemburq - Türkiyə -1:2
Qollar:
 Erdinc, 4 (0:1), Mutş, 32 (1:1), Çalhanoğlu, 87 (1:2)
23:30. Avstriya - Bosniya və Herseqovina - 1:1 
Qollar:
 Janko, 35 (1:0), Hayroviç, 48 (1:1)
23:30. Slovakiya - Çexiya - 1:0
Qol: 
Duda, 49
23:45. Hollandiya - İspaniya - 2:0
Qollar:
 De Vrij, 13, Klaassen, 16
00:45. Portuqaliya - Kabo-Verde - 0:2
Qollar:
 Fortes, 38, Gege, 43
Mənbə: Milli.Az
1 aprel 2015
GO BACK