Qadin.NET / Məzənnədə dəyişiklik var

Məzənnədə dəyişiklik var

 

Məzənnədə dəyişiklik var

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 avro bir gündə 1.1317-dən 1.1304-ə qədər ucuzlaşıb. 
ABŞ dollarının məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. Belə ki, 1 ABŞ dollarının bu günə olan məzənnəsi 1.0485 olaraq müəyyən olunub.
Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun bu günə olan məzənnəsi 0.0182-dən 0.018-ə düşüb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

 

Mənbə: ANS PRESS

1 aprel 2015
GO BACK