Qadin.NET / Bu da Kriştiano Ronaldonun həyat yoldaşı

Bu da Kriştiano Ronaldonun həyat yoldaşı

 

Bu da Kriştiano Ronaldonun həyat yoldaşı

Milli komandanın oyununa görə Portuqaliyaya yollanan Kriştiano Ronaldo reklam filmində rol alıb. ANS PRESS-in məlumatına görə, reklamda ailə başçısı rolunu oynayan "Real"ın ulduzu "həyat yoldaşı" və "uşaqları" ilə kamera qarşısına keçib.
Ulduz futbolçu Kristiano Ronaldo haqqında maraqlı faktları diqqətinizə çatdırırıq
1. Futbolçunun adını atası Ronald Reyganın şərəfinə ABŞ-ın keçmiş prezidentinin isminə uyğunlaşdırıb.
2. Peşəkar olmamışdan əvvəl "Andorinha", "CD Nacional" və son olaraq, "Sportinq Lissabon" klublarının gənc komandalarında oynayan K.Ronaldo, U17 Portuqaliya milli komandasında da diqqəti cəlb edib.
3. Ronaldonun uşaqlıqdan pərəştiş etdiyi komanda "Benfika" olub.
4. 15 yaşındaykən Ronaldonun ürəyində problem aşkarlanıbmış. Bu səbəbdən də futbolçunun oynadığı "Sportinq” klubu bu vəziyyətdən xəbərdar edilib və oyunçunun anasına Ronaldonun xəstəxanada yatmasının vacib olduğu bildirilib. Ronaldo ürəyindəki həmin problem səbəbindən əməliyyat olunub. Aylar sonra isə futbolçu yenidən təlim-məşqlərə başlayıb.
5. 16 yaşında olarkən “Liverpul”un o zamankı baş məşqçisi Jerar Ule tərəfindən kəşf edilib. Amma “Liverpul” rəhbərliyi, Ronaldonun hələ çox gənc və özünü daha da inkişaf etdirməli olduğuna qərar verərək onu kluba almağı rədd etmişdi.
6. O, 2003-ci ilin yayında "Mançester Yunayted"in baş məşqçi Aleks Fergyusonun diqqətini çəkib və bu komandaya transfer edilib.
7. Ronaldo "Mançester Yunayted"in ilk portuqaliyalı oyunçusu olub.
8. Ronaldo üçün 2007-2008 mövsümü, "Portsmut"lu oyunçu Riçard Hyuza kəllə vurduğu matçda qırmızı kart görməsilə yadda qalıb. Çünki həmin dövrdə o, 3 oyunluq cəza almışdı. Ronaldo bu təcrübədən sonra çox şey öyrəndiyini və gələcəkdə rəqib oyunçuların onu matç zamanı əsəbləşdirməsinə imkan verməyəcəyini bildirmişdi.
9. 2008-ci ilin mart ayının 19-da “Mançester Yunayted"in İngiltərə və Avropa kuboklarında oynadığı cəmi 37 matçda 35 qola vurmaqla, ilk dəfə 2007-08 Avropa Qızıl Ayaqqabı Mükafatına layiq görülüb.
10. Ronaldo Portuqaliya milli komandasının tərkibində ilk dəfə 2003-cü ilin avqust ayında çıxış edib. Portuqaliyalılar həmin oyunda Qazaxıstanı 1:0 hesabı ilə məğlub etmişdilər. Daha sonra 2004-çü ilin Avropa Çempionatı üçün heyətə dəvət olunmuşdu.
11. "Mançester Yunayted"dən "Real Madrid”ə 131.6 milyon dollara transfer olunub. Beləliklə də ən bahalı futbolçu statusu qazanıb. Bundan əlavə, klub futbolçunun özünə hər il 12 milyon avro ödəyir.
12. "Forbes"ə görə, Kristiano Ronaldo 2008-ci ildə dünyanın ən çox qazanan 5-ci futbolçusu olub (21 milyon dollarlıq gəlirinin 12 milyon dollarını "Mançester Yunayted"dən, 9 milyon dollarını isə Nike və Coca Cola kimi şirkətlərin etdiyi sponsorluqdan əldə edib).
13. Ronaldo, 2007-ci ildə döş xərçəngi olan anasının müalicə edildiyi xəstəxanaya, 2009-cu ilin mart ayında 123.000 avro bağışlayıb. Bununla da anasının həyatını qurtaran həkimlərə və tibb bacılarına çox minnətdar olduğunu bildirib.
14. “Mançester Yunayted”in şərəfini qoruduğu zamanlarda, 2008-ci ildə Ronaldo “Qızıl Top” mükafatına sahib olub. Və 2008-2011-ci illərdə 2 dəfə “Qızıl Butsi” mükafatına layiq görülüb.
15. Son olaraq, dünyanın məşhur futbol ulduzu, portuqalyalı Kristiano Ronaldo müsəlman dünyasının da ürəyini fəth edib. İsrailin Fələstini bombardman etməsinə etiraz edən Ronaldo Fələstin dövlətinə 1.5 milyon avro yardım edib. Ronaldo aldığı “Qızıl Ayaqqabı”nı satışa çıxardıb. Və satışdan əldə olunan pulu fələstinli uşaqlara bağışlayıb.

 

Mənbə: ANS PRESS

1 aprel 2015
GO BACK