Qadin.NET / Müxalif general prezident oldu

Müxalif general prezident oldu

 

Müxalif general prezident oldu

Nigeriyada keçirilən prezident seçkilərində ölkənin keçmiş hərbi rəhbəri Muhammədu Buhari qalib gəlib.ANS PRESS-in məlumatına görə, beləliklə o, Nigeriya tarixində seçkini udan ilk müxalifət nümayəndəsi olub.Onun partiyası bəyan edib ki, rəqib namizəd – hazırkı prezident Qudlak Conatanı məğlubiyyətini qəbul edib. 
Buhari Conatandan 2 milyon çox səs toplayıb. Buharinin Mütərəqqi Konqres Partiyası Qudlak Conatanı siyasi iradəsinə görə təqdir edib.
Qeyd edək ki, bir çox seçicilər inanırlar ki, general Buhari Boko Haram ekstremistlərinə qarşı daha səmərəli mübarizə aparacaq.

 

Mənbə: ANS PRESS

1 aprel 2015
GO BACK