Qadin.NET / "Bu gün aldananlar axmaq adını alır"

"Bu gün aldananlar axmaq adını alır"

 

"Bu gün aldananlar axmaq adını alır"

1 aprel İngiltərədə “Səfehlər günü”, Fransada “Aprel balığı günü”, digər Avropa və Asiya ölkələrin də isə gülüş, aldatma günü kimi qeyd edilir. Baxmayaraq ki, bu rəsmi bayram sayılmır, bununla belə əksər ölkələr bu günü xüsusi təmtəraqla keçirir. Adətən 1 apreldə insanlar öz yaxınları və dostları ilə zarafatlaşır, hətta tanımadıqları adamları belə aldatmaqdan çəkinmirlər.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilərdilər. Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. Bundan başqa “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda insanları ələ salmaq mümkün idi.
Hazırda isə aprelin 1-də Yeni Zellandiya, İngiltərə, İrlandiya və Avstraliyada, adətə görə günün birinci yarısına qədər zarafat edilir və bu zarafata aldananlar isə “axmaq” adını alır. Eyni zamanda bu gün gülməli hadisələrlə də yadda qalıb. Məsələn Birinci dünya müharibəsində Fransız təyyarəçisi, alman düşərgəsinin üstündən uçaraq onlar üzərinə bir bomba atır. Bu zaman alman əsgərləri hərəsi bir tərəfə səpələnir. Amma bombanın partlamadığını görüb ona yaxınlaşan əsgərlər onun üzərində “1 apreliniz mübarək” cümləsini görürlər. 
Digər bir hadisə isə Alyaskadakı Edjkom zirvəsində baş verib. Səhər saatlarında yuxudan oyanan sakinlər, zirvədə yerləşən sönmüş vulkanın tüstülədiyini görür. Qısa müddətdə şəhər əhalisinin evakuasiyası təşkil olunur, bölgəyə mütəxəssislər göndərilir. Amma əraziyə baxış keçirən mütəxəssislər tüstünün vulkanla deyil, bir neçə gəncin zirvədə təkəri yandırması ilə bağlı olduğunu aşkar edir. Onların bu hərəkəti tarixin ən yaxşı zarafatlarından hesab edilib. 
Google şirkəti də istifadəçilər ilə 1 apreldə zarafatlaşıb. Onlar “Google nose” yəni google burnu proqramını yaradıb, bir günlüyünə userlərinin istifadəsinə verib. Qurma proqrama görə istifadəçi burnu ilə burun düyməsinə toxunduğu zaman, proqram ətrafa müxtəlif qoxular saçırmış. Bunun bir zarafat olduğunu isə yalnız proqramda yerləşdirilən “kömək lazımdır” düyməsini basmaqla aşkar etmək olub. Bu zaman orada “bu bir zarafatdır”cümləsi peyda olub.
İsveçdə isə yalnız ağ-qara fonlu televizorların mövcud olduğu bir vaxtlarda, kanalın texniki mütəxəssisi tamaşaçılara müraciət edərək yeni texnalogiyaların köməyi sayəsində rəngli televizorlara keçməyin mümkün olduğunu bəyan edib. Bunun üçün isə televizorun üzərinə neylon corab keçirmək lazım olduğunu bildirib. Maraqlısı isə ondadır ki, bunu bir çoxları sınaqdan keçirə bilib. Amma nəticəsi olmayıb. Sonda efir vasitəsi ilə bunun bir 1 aprel zarafatı olduğunu deyəndə telekanala qarşı narazılıqlar artıb.
1 aprelin nə vaxtan və hansı hadisə ilə bağlı olaraq gülüş, aldatma günü kimi qeyd olunması tam olaraq hələ də məlum deyil. Bu haqda müxtəlif fikirlər var. Amma ən geniş yayılanı isə bunun baharın gəlişinin ilk günləri ilə bağlı olduğu bildirilir. 
Azərbaycanda isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur. Eyni zamanda bir çoxları da aldanmaqdan qorxur. Amma sonda edilən zarafatlardan heç kəs incimir. Əlbətdə edilən zarafatlada hədd aşılmazssa

 

Mənbə:ANS PRESS

1 aprel 2015
GO BACK