Qadin.NET / Erməniləri qorxudan təlim

Erməniləri qorxudan təlim

 

Erməniləri qorxudan təlim

Konyada (Türkiyə) Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin “TurAz Şahini 2015” birgə təlimləri davam edir.ANS PRESS-in məlumatına görə, təlimlər çərçivəsində qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçirirlər.
Belə ki, bundan əvvəl, ötən ilin sentyabrında Azərbaycanda keçirilən “Turaz Qartalı” təlimlərində Türkiyə HHQ-nin silahlanmasında olan F-16 tipli qırıcı təyyarələri sınaqdan keçirən azərbaycanlı pilotlar bu dəfə F-4 tipli qırıcı-bombardmançı təyyarələri idarə ediblər.
Bundan başqa, Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri Türkiyədə “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində fəal iştirak edirlər və bu təlimlər çərçivəsində əməliyyatların yerinə yetirilməsinə cəlb olunublar.
Mart ayının 2-dən başlayan təlimlər aprelin 13-dək davam edəcək.
Xatırladaq ki, Təlimlərdə Azərbaycan HHQ-nin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi, 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri, Türkiyə HHQ-nin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UH-1H helikopterləri iştirak edirlər.

 

Mənbə: ANS PRESS

1 aprel 2015
GO BACK