Qadin.NET / Avropada hansı antivirusdan daha çox istifadə edirlər?

Avropada hansı antivirusdan daha çox istifadə edirlər?

 

Avropalı istifadəçilər yalnız cari ilin yanvarında antivirus proqram təminatına 25 milyondan çox avro xərcləyiblər. Maraqlıdır ki, Avropada kompüter təhlükəsizliyi sahəsində proqram satışı üzrə lider Rusiyanın Kasperski Laboratoriyası şirkəti olub.Milli.Az İCT nevs-a istinadən bildirir ki, GfK analitik şirkətinin məlumatına əsasən, Kasperski Laboratoriyası Avropada informasiya təhlükəsizliyi sahəsi üçün nəzərdə tutulmuş kompüter proqramlarının pərakəndə satışı üzrə lider olub.

 

Bundan əvvəl ABŞ-ın Symantec şirkəti bu reytinqdə birinci pillədə qərarlaşıb. 2015-ci ilin ilk ayının nəticəsinə görə üçüncü pilləni tutub.
Mənbə: Milli.Az
1 aprel 2015
GO BACK