Amazon internet şirkəti bulud xidmətlərinə limitsiz tarif təqdim edib: istənilən həcmdə fotoşəkillərin və əlavə olaraq 5 QB tutumunda istənilən başqa faylların saxlanılması ildə 12 dollar, istənilən faylların limitsiz saxlanılması ildə 60 dollar təşkil edəcək.Milli.Az İCT nevs-a istinadən bildirir ki, bir çox insanlar öz ad günü, məzuniyyət, bayram və gündəlik həyatı haqda xatirələrini bir çox qurğularda saxlayır və bunun üçün neçə qiqabayt lazım olduğunu bilmirlər – Amazonun bulud xidmətinin direktoru Coş Petersen deyib. O deyib ki, hər iki tarif istifadəçilərə istənilən həcmdə fotoşəkil, videoyazı, film, musiqinin və başqa faylları bir yerdə saxlamağa imkan verəcək.
Amazonun rəqiblərində hələ ki belə tarif yoxdur. Dropbox və Google 1 TB məlumatın saxlanılması üçün aylıq 10 dollar, Microsoft 7 dollar tələb edir. Ancaq Microsoft korporasiyası faylların saxlanılması üçün limitsiz tarif təqdim edir: bunun üçün ildə 90 dollar ödəmək lazımdır.
Mənbə: Milli.Az