
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan millisi bu gün son oyununa çıxıb.Milli.Az qol.az-a istinadən bildirir ki, komandamız bu dəfə Danimarka ilə qarşılaşıb.İlk iki görüşdə uduzaraq final mərhələsinə vəsiqə qazanmaq imkanını itirən hər iki komanda üçün bu oyun formal xarakteri daşıyırdı.Millimiz sonuncu matçında da uduzub - 0:3.
Qeyd edək ki, elit raundun ilk görüşündə Fransaya 0:1 hesabı ilə uduzan millimiz ikinci matçında İngiltərəyə də məğlub olub - 0:1.
Mənbə: Milli.Az