Qadin.NET / 8 ermənini məğlub edən qazaxlı idmançı

8 ermənini məğlub edən qazaxlı idmançı

 

 

Gürcüstanın paytaxtı Tiflisdə kambat taekvando üzrə Gürcüstan açıq birinciliyi keçirilib. TTV (Region TV) xəbər verir ki, yarışda ölkəmizi Qazax əlbəyəxa döyüş komandasının üzvləri təmsil ediblər. Komandamızın hər 3 idmançısı vətənə medalla dönməyi bacarıb. İlk olaraq rinqə çıxan Vüqar Bayramov inamlı mübarizəsi ilə yadda qalıb:"İlk iki döyüşümdə yerli idmançılarla qarşılaşdım. Onları məğlub edərək finala vəsiqə qazandım. Burada da rəqibim yerli Gürcüstan təmsilçisi idi . Onu da nokautla məğlub edərək birinci yeri tutdum".Komandanın növbəti üzvü Rəhman Bayramov da turniri medalla başa vurub:
"İlk döyüşlərimi asan qələbələrlə başa vurdum. Həlledici qarşılaşmada zədəli idim . Çıxışım o qədər də yaxşı alınmadı və mən nəticədə ikinci yeri tutdum".
Komandanın digər üzvü Kənan Davudovun uğuru isə xüsusilə yadda qalan olub. Finaladək inamla irəliləyən Kənan burada erməni rəqibi ilə üz-üzə gəlib. "İlk iki görüşümdə inamlı mübarizə apardım. Rəqiblərimi üstələyərk finala adladım. Burda erməni idmançı ilə qarşılaşdığım üçün daha böyük inamla döyüşdüm. Nəticədə 24 saniyəyə onu nokaut etdim".
Rəqibini 24 saniyəyə təslim edən Kənan deyir ki, 5 illik idmançı karyerası dövründə düz 8 dəfə erməni idmançılarla qarşılaşıb və bu 8 görüşün hər biri ermənilərin məğlubiyyəti ilə nəticələnib. Kənan Davudov yarışlardan birində Ermənistanı təmsil edən 3 idmançını ardıcıl məğlub edərək baş mükafata da sahib olub. Komandanın məşqçisi Azər Əhmədov yetirmələrinin çıxışını belə dəyərləndirib:
"Yarışa ciddi səylə hazırlaşmışdıq. Bunun da nəticəsində komandamız uğurlu çıxışı ilə yadda qaldı. Yetirmələrimin çıxışından razı qaldım".

Qazax əlbəyəxa döyüş komandası qarşıda Qara Dəniz ölkələrinin kubokunda iştirak edəcək.

Mənbə: Milli.Az

31 mart 2015
GO BACK