Qadin.NET / İki üzlü qız doğuldu

İki üzlü qız doğuldu

 

 

Hindistanın şimalındakı Uttar Pradeş ştatında, Aliqarh kəndində iki üzü olan qız doğulub.Onun burnu həddən artıq ətli olduğundan yerli sakinlər uşağı fil obrazında təsvir edilən Qaneş tanrısının arvadı, dişi fil Qanpantinin reinkarnasiyası sayırlar.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həkimlərsə uşağın genetik mutasiya nəticəsində belə doğulduğunu deyirlər. Üstəlik, ətraf mühitin çirkli olması və valideynlərin də ifrat yoxsulluğu uşağın anasının hamiləlik dövrünü ağır keçirməsinə səbəb olub. Bunun sonucu isə iki üzlü uşağın dünyaya gəlməsidir.Uşağın bibisi Racani Ani çox sevinir: "Bu qız Qanpantiyə bənzəyir. Çox uzaqlardan insanlar gəlir, uşağı görmək istəyirlər. Balacanın ziyarətinə minlərlə insan axışır".
Mənbə: Milli.Az
31 mart 2015
GO BACK