Milli.Az Aznevs.Az-a istinadən xəbər verir ki, tarixdə bu gün martın 31-də erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Şaumyanın (“Bakı Soveti”) tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər.
1596 – Məşhur fransız filosofu Rene Dekart (René Descartes, 1596 – 11.2.1650) anadan olub.
1732 – Görkəmli Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 1732-1809) anadan olub. 100-dən çox simfoniyanın, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
1861 - Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bənzərsiz muğam ustası, xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada anadan olub.
1882 - Tanınmış rus yazışısı, ədəbiyyatşünas Korney Çukovski (Nikolay Vasilyeviç Korneyçukov, 1882-1969) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
1914 - Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz, 1914-1998) anadan olub.
1918 – Erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Şaumyanın (“Bakı Soveti”) tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Erməni dəstələri bir çox tikililərə, "İsmailiyyə" binasına, Təzəpir məscidinə od vurmuşdular. Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar - ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər. Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
1926 - İngilis yazıçısı, postmodernizmin görkəmli nümayəndələrindən biri Con Faulz (John Fowles, 1926-2005) anadan olub.
1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev () anadan olub. Bakı metrosunda baş vermiş terror hadisəsində həlak olub. Rəşid Behbudov adına Mahnı Teatrının musiqi rəhbəri, "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. Bir sıra filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.
1939 - Alman kinorejissoru, “Oskar” laureatı Folker Şlöndorf (Volker Schlöndorff) anadan olub.
1948 - Rusiyanın məşhur estrada artisti Vladimir Vinokur anadan olub.
1992 - Dağlıq Qarabağ ətrafında işğalçı hücumlarını genişləndirən erməni silahlı qüvvələri Füzuli rayonunun Hoğa kəndini işğal ediblər.2002 - ABŞ Azərbaycan və Ermənistana silah satışına qoyduğu qadağanı (1993-cü ildən) ləğv edib. Vaşinqton qadağanın ləğvinin Qarabağ münaqişəsi tərəfləri arasında uzunmüddətli atəşkəs rejiminin davam etməsi sayəsində mümkün olduğunu bəyan edib.
Mənbə: Milli.Az