Qadin.NET / 1918-ci il mart soyqırımı ilə bağlı yeni faktlar üzə çıxarılır

1918-ci il mart soyqırımı ilə bağlı yeni faktlar üzə çıxarılır

Tarix elmləri doktoru, professor Solmaz Tohidinin 1918-ci ilin mart ayında Bakı Soveti və daşnak erməni dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımla  bağlı 7 cildlik kitabı hazırlanır. 
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, artıq həmin kitablardan 5-i nəşr olunub. İkisi üzərində iş aparılır.  Kitabların nəşrinin 2018-ci ilə qədər tamamlanması planlaşdırılır:
”Bu kitablarda Göyçay, Cavad və Ərəş qəzalarında törədilən soyqırımla bağlı tamamilə yeni materiallar toplanıb. Göyçay və Cavad qəzalarının sənədləri Azərbaycanda qalmayıb. Mən onları səfərlər zamanı Fransada Əlimərdan bəy Topçubaşovun arxivindən tapdım. Çünki həmin  sənədləri 1919-cu ildə Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya, Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bər Topçubaşova göndərib. O da çox ağır bir şəraitdə həmin sənədlərin hamısını bizim üçün saxlayıb”, - deyə Solmaz Tohidi bildirib.
Mənbə: Milli.Az

31 mart 2015
GO BACK