Qadin.NET / Qırıcılar Yəməni bombaladı: 45 ölü

Qırıcılar Yəməni bombaladı: 45 ölü

 

Qırıcılar Yəməni bombaladı: 45 ölü

Səudiyyə Ərəbistanı hərbi hava qüvvələri Yəmənin Məzrak şəhərində husilərin qaçqın düşərgəsinə aviazərbələr endirib.ANS PRESS-in məlumatına görə, aviazərbələr nəticəsində azı 45 nəfər öldürülüb, 65-ə yaxın insan yaralanıb. Düşərgəyə edilən hücum hökumət qüvvələri tərəfindən də öz təsdiqini tapıb. Lakin rəsmilər əməliyyatlar zamanı qaçqınların deyil, üsyançıların hədəfə alındığını bildiriblər.Aviazərbələr zamanı humanitar yardım komissiyasının bir əməkdaşı ölüb.
Səudiyyə Ərəbistanı kralı Salman Yəməndə stabilliyə və təhlükəsizliyə nail olmaq üçün bu ölkədəki bütün siyasi partiyalarla danışğa getməyə hazır olduğunu bildirib. Lakin belə bir görüş Körfəz Əməkdaşlığı Şurası çərçivəsində olmalıdı. Danışıqların başladılması üçün əsas şərt isə, üsyançıların silahları tərk etməsidir. Kral Salman hökumətin iclasında belə bir açıqlama verib: “Səudiyyə Ərəbistanı Yəməndəki siyasi fraksiyalarla danışıqlara gedə bilər. Yəmənin təhlükəsizliyini qorumaq üçün bunu edə bilərik”.
Bir qədər əvvəl Kral Salman üsyançılar silahlı tərk etmədikcə əməliyyatların aviazərbələrin dayandırılmayacağını bəyan etmişdi.
Husiləri dəstəkləyən İran hökuməti isə rəsmi ər-Riyadı qeyri-şərtsiz olaraq hərbi əməliyyatlara son qoymağa çağırır.

 

Mənbə: ANS PRESS

31 mart 2015
GO BACK