Qadin.NET / Hamı savaşa hazır olacaq

Hamı savaşa hazır olacaq

 

Hamı savaşa hazır olacaq

Təhsil Nazirliyi daha bir yenilik tətbiq edib. Döyüş şəraitində yaşayan ölkənin yeniyetmələri silahlarla bundan sonra elə məktəbdə tanış olacaqlar.Uzun zamandır ki, orta məktəblərdə hərbi hazırlıq dərslərinin tədrisi yox səviyyəsində idi. Buna səbəb isə 10 il əvvəl Sumqayıt və Gəncədəki orta məktəblərdə hərbi hazırlıq dərsləri üçün döyüş bölgəsindən gətirilən qumbaranın partlaması idi. Həmin hadisələr nəticəsində 3 şagird həlak olmuş, 10-dan çoxu isə yaralanmışdı. O zamandan sonra orta məktəblərdə hərbi hazırlıq dərsləri demək olar ki, ləğv edildi. Bu fənnin tədrisi üçün məktəblərdə lazımı vəsaitlərin ürəkaçan səviyyədə olmaması isə gənclərin çağrışadək hazırlığını xeyli geriyə salırdı. 20 ildən çoxdur müharibə şəraitində yaşamağımız gənclərin hərbi hazırlığını həmişə labüd edib. Bunun üçün öncə məktəblərə veriləcək hərbi vəsaitlərə diqqət edilməli idi. Ona görə də Təhsil Nazirliyi orta məktəbləri silahlandırmaqla yeni layihəyə start verdi.
Əgər əvvəllər hərbi hazırlıq dərslərindəki vəsaitlər yalnız maket idisə, indi bu dəyişdirilib. Çünki, məktəblilərin hərbi hazırlığı daha yaxşı mənimsənilməsi üçün məktəblərə həqiqi silahlar paylanılıb.
Azərbaycan müstəqillik əldə ediləndən sonra ilk dəfədir ki, məktəblər həqiqi hərbi avadanlıqlarla təchiz olunur. Diqqət çəkən məqam isə bu silahlar həqiqi olsa da, şagirdlərə ziyan verməyəcək tərzdə hazırlanıb. İndiyə qədər silahlarla necə davranmağı yalnız kitabdan oxuyan şagirdlər bu nəzəriyyəni böyük həvəslə təcrübədən keçirməyə çalışırlır.
Yeni layihəyə əsasən hərbi hazırlıq dərslərini tədris etmək üçün məktəblərə ehtiyatda olan zabitlər cəlb edilib.
Silahlı Qüvvələrə Nəzarət İctimai Birliyin sədri Emin Həsənlinin sözlərinə görə, ehtiyatda olan zabitlərimiz var ki, artıq onlar məktəblərdə hərbi müəllim ki, fəaliyyətə başlayıblar: "Onların bu sahədə böyük təcrübəsi var. Onların illər ərzində topladığı təcrübə hesabına şagirdlərin hazırlanması daha məqsədə uyğun olardı”.
Layihə hələlik paytaxtın 50 məktəbində sınaqdan keçirilir.
Təhsil Nazirliyinin şöbə müdiri Samir Məmmədov bildirib ki, pilot layihə kimi seçilən məktəblərin hərbi kabinetdə üç ədəd “AK” tipli avtomat, əl qumbaraları, piyada və tank əleyhinə minalar, sökülüb-yığılan avtomat və s. tipli hərbi avadanlıqlar quraşdırılıb.
Yaxın vaxtlarda isə respublikanın bütün orta ümümtəhsil məktəbləri silah sursatla təmin ediləcək.

 

Mənbə: ANS PRESS

31 mart 2015
GO BACK