Qadin.NET / Azərbaycanda qatar biletləri ucuzlaşdı

Azərbaycanda qatar biletləri ucuzlaşdı

 

 

Rusiya, Ukrayna və Gürcüstana qatarla səyahət ucuzlaşdı.Moskva, Xarkov və Tbilisiyə getməyə hazırlaşanlara şad xəbərimiz var.Milli.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, 3 şəhərə gedən qatarların biletləri ucuzlaşıb.Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarında gedişhaqqı tarifləri aşaği salinib. bu yaxinlarda isə bu tendensiya gürcüstana gedən qatarlarda da müşahidə olunacaq.
Əvvəllər 217 manat 31 qəpiyə başa gələn Bakıdan Moskvaya kupe vaqonda səyahət artıq 141 manat 44 qəpikdir.
Bakı-Xarkov sərnişin qatarına da biletlərin qiymət 176 manat 20 qəpikdən, 114 manat 53 qəpiyə düşüb.
Beynəlxalq sərnişin daşımalarında artım Rusiya, Ukrayna və Gürcüstanda milli valyutanın dəyər itirməsinə görə baş vermişdi. Aparılan danışıqlar nəticəsində tariflərin 35 faiz aşağı salınmasına qərar verilib.
Mart ayından etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Hər iki istiqamət üzrə isə tariflərin bərabərləşdirilməsi üzrə razılaşma əldə olunub. SV vaqon üzrə Bakıdan-Tiblisiyə bir nəfər üçün gediş haqqının qiyməti 51 manatdır.

Mənbə: Milli.Az

31 mart 2015
GO BACK