Qadin.NET / WhatsApp-dan xəbər var

WhatsApp-dan xəbər var

 

 

"iPhone" istifadəçiləri WhatsApp-la səsli zəng xidmətindən istifadə edə biləcək.Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Facebook-un F8 konfransında bu barədə açıqlama verilib. Belə ki, WhatsApp-ın iOS üçün səsli zəng xidməti funksiyası bir neçə həftə ərzində istifadəyə veriləcək.
WhatsApp qurucularından olan Brian Akton dünən qatıldığı bir paneldə mesajlaşma proqramı haqqında maraqlı açıqlamalar verib. O bildirib ki, əvvəllər şirkət daha çox Android sistem üçün əlavə funksiyalar hazırlayırdı.
Ancaq hazırda WhatsApp-ın iOS versiyası təkmilləşdirilir. "iPhone" istifadəçiləri çox qısa zamanda yeni səsli zəngli xidmətindən istifadə edə biləcəklər.

Mənbə: Milli.Az

31 mart 2015
GO BACK