Qadin.NET / İdmançımızın Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı

İdmançımızın Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı

 

İdmançımızın Ermənistan himni səslənəndə oturmasının səbəbi açıqlandı

“Bəxtiyar Abbasovun himn səsləndirilən zaman oturmasını siyasiləşdirmək lazım deyil. O, sadəcə özünü pis hiss etdiyi üçün belə edib”.
Milli.Az xəbər verir ki, bu barədə Sambo üzrə yığma komandanın baş məşqçisi Yaqub Abdullayev Aznevs.Az-a açıqlamasında deyib. O, Bəxtiyar Abbasovun himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyini, buna görə də oturduğunu vurğulayıb: “Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər”.
Qeyd edək ki, azərbaycanlı idmançı Bəxtiyar Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutub. 1-ci yeri isə Aşot Danielyan qazanıb. Qaliblərin mükafatlandırılması zamanı isə samboçu qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himni zamanı ayaq üstə dayanmayıb və oturub.

 

Mənbə: Milli.Az

30 mart 2015
GO BACK