Ermənistan mətbuatı 29-30 mart tarixində qoşunların təmas xəttində Ermənistan ordusunun 7 nəfər itirdiyi barədə məlumat yayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Delovoy Eksperss" biznes saytı "Armenianreport"a istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Ermənistan daxili qoşunlarının bir əsgəri Azərbayjanın Tovuz rayonu ilə sərhəddə güllə yarasından dünyasını dəyişib. Qalan 6 erməni əsgəri isə Qarabağda həlak olub.
Erməni saytı yazıda Ermənistan müdafiə naziri Seyran Ohayanı kəskin tənqid edib. "Azərbaycan müdafiə naziri Zakir Həsənov öz sözünü tutur, bizim Seyran Ohanyan isə əsgər analarını günahlandırır",- deyə "Artsaxdan həyəcanlı xəbərlər" adlı məqalədə vurğulanır.
Mənbə: ANS PRESS