Qadin.NET / Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

 

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:59-da qeydə alınıb.
Təkanlar Pirquludan 13 km şimalda Şamaxı ərazisində baş verib. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Maqnitudası 4,1 bal gücündə olan zəlzələ 7 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, ötən gün də zəlzələ baş verib. Yerli vaxtla saat 23:45:00-də Xəzər dənizində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

 

Mənbə: ANS PRESS

30 mart 2015
GO BACK