Qadin.NET / Məşhur yazıçı "Neftçi"nin prezidenti oldu!

Məşhur yazıçı "Neftçi"nin prezidenti oldu!

 

 

Milli.Az Aznevs.Az-a istinadən xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Qafqaz.info-ya açıqlamasında Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunmasını təsdiqləyib. O bildirib ki, yayılan məlumat doğrudur.Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb. 
Mənbə: Milli.Az
30 mart 2015
GO BACK