Qadin.NET / Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq

Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq

 

 

Bu məlumatı Movqe.Az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva verib. 
A. Əliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd yuxarı yaş qruplarında qızılca və məxmərəyə qarşı əhalinin immun sisteminin gücləndirilməsidir. A. Əliyeva bildirib ki, artıq ölkənin bütün şəhər polikilinikalarına qızılca və məxmərəyə qarşı peyvəndlərin göndərilməsinə başlanılıb. 
Direktor müavini deyib ki, ölkədə miqrasiya prosesi daim davam edir. Azərbaycana gələnlərin və ölkəmizdən xaricə gedənlərin sayı kifayət qədərdir. Ona görə də, əhali arasında yuxarı yaş qruplarında da qızılca və məxmərəyə qarşı peyvəndləmə işlərinin aparılmasına başlanılacaq. 
A. Əliyeva 2006-cı ildə 35 yaşa qədər əhali arasında bu yoluxucu xəstəliyə qarşı peyvəndləmə işinin aparıldığını, bu ayın 20-dən etibarən isə bütün yuxarı yaş qrupları üzrə aparılacağını söyləyib: "Respublikanın istənilən rayonunda əhali bu yoluxucu xəstəliyə qarşı vaksin olunmaq üçün müraciət edə bilər. Onlar tibbi müayinədən sonra vaksin ediləcəklər. Bu isə miqrasiya baş verdikdə insanları qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsinə səbəb olacaq".

Mənbə: Milli.Az

30 mart 2015
GO BACK