Qadin.NET / Qarabağda müharibə qızışa bilər

Qarabağda müharibə qızışa bilər

 

 

"Hazırda Rusiya ilə Azərbaycan arasında bir-birinə qarşı xarici siyasət kurslarının "yumşaq şəkildə" yenidən formalaşdırılması prosesi gedir. Bu təkcə Moskva və digər Avropa paytaxtları arasında münaqişəli aspektlərlə əlaqədar deyil. Rusiya Federasiyası Azərbaycan, İran, Türkiyə və Ermənistan kimi yaxın qonşuları ilə münasibətlərini yeni tərzdə formalaşdırır". 
Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində Rusiyanın Hərbi Politoloqlar Assosiasiyasının eksperti Aleksandr Perenciyev deyib. 
Onun sözlərinə görə, yuxarıda göstərilən səbəblər ucbatından Rusiyanın yüksək rəhbərliyi qarşısında belə bir sual yaranır: Bu qarşılıqlı münasibətlərdə rəsmi Bakının mövqeyi necə ola bilər? İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı işlər görmək olar? 
Dağlıq Qarabağ cəbhəsində son dövrlər gərginliyin artmasına toxunan politoloq bildirib ki, bu qarşıdurma hər an tam miqyaslı müharibəyə çevrilə bilər. 
"Mənim fikrimcə, qarşıdurma aşağıdakı səbəblərdən dolayı qaçılmaz ola bilər. İlk növbədə, Bakı ilə Yerevan arasında tam hüquqlu dialoq institutu yaradılmayıb. Belə bir institut Rusiya prezidentinin vasitəçiliyi ilə hər iki ölkənin dövlət başçılarının xətti ilə yaradıla bilər. 2014-cü ildəki Soçi görüşü buna nümunə ola bilər. Həmçinin, Rusiyanın Federasiya Şurasının vasitəçiliyi ilə hər iki ölkə arasında dialoq xətti yaradıla bilər. 
İkincisi, hər iki ölkənin ictimai təşkilatları arasında heç Rusiya ərazisində də iş getmir. Baxmayaraq ki, əvvəllər belə təşəbbüslər olurdu", - deyə o əlavə edib. 

Mənbə: Milli.Az

30 mart 2015
GO BACK