Qadin.NET / Nazirdən təhsillə bağlı əmr

Nazirdən təhsillə bağlı əmr

 

Nazirdən təhsillə bağlı əmr

Təhsil naziri Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalayıb.Təhsil Nazirliyindən ANS PRESS-ə bildirilib ki, əmrə əsasən əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur.Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə kimi seçilib. Pilot müəssisələrdə loqopedik xidmətin yaradılması qərara alınıb.“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri:
ƏMR EDİRƏM:
1. BMT-nın Uşaq Fondu (UNİCEF) tərəfindən maliyyələşdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə təyin edilsinlər.
3. Pilot müəssisələrdə loqopedik xidmət yaradılsın.
4. Layihənin Fəaliyyət Planının icrası və koordinasiyası De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M. Hacıyeva) tapşırılsın.
5. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.

 

Mənbə: ANS PRESS

30 mart 2015
GO BACK