Qadin.NET / Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

 

Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

Amerika Birləşmiş Ştatlarının Nyu Çersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib. Amerika-Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu qətnamə ilə 1918-ci ildəki faciəvi hadisələrin 31 mart 2015-ci ildə 97-ci ildönümünün qeyd olunacağı tanınır. Qətnaməni ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katibi Dana Byorli imzalayıblar. Məlumatda o da qeyd olunur ki, 2012-ci ildə Nyu York 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub. Nyu Cersi ştatı müvafiq sənədi 2013-cü ildə qəbul edib. 
Azərbaycanlıların soyqırımı Texas və Nevada ştatlarında da bir sıra rəsmi sənədlərlə təsdiq edilib.

 

Mənbə: ANS PRESS

30 mart 2015
GO BACK