ABŞ-da səfərdə olan Yunanıstanın müdafdiə naziri Panos Kammenos rəsmi Ankaranı hiddətləndirtəcək bəyanatla çıxış edib. ANS PRESS-in məlumatına görə, yunan nazir Türkiyə ilə Yunanıstanın arasında olan Egey dənizinin ölkəsinə aid olduğunu iddia edib. “Dənizlərin sərhəddi, regional sular və qurusərhəddi var. Bununla əlaqədar heç bir fikir ayrığı yoxdur”. Yunan nazir həmçinin rəsmi Vaşinqtona Şərqi Aralıq dənizində təbii qaz çıxarmaq üçün əməkdaşlıq təklif edib. Kammenos həmçinin xəritələr üzərindəki bəzi zonaların xalqın qanı ilə rəngləndiyini iddia edib.“Boz zonalar yoxdur. Xəritələr üstündə çəkilən boz zonalar karandaşla yox, ancaq xalqların qanı ilə rənglənir”. Yunanıstanda Sipras ilə koalisiya hökuməti quran Müstəqil Helen partiyasının sədri Panos Kammenos irqçi fikirləri ilə tanınır.
Mənbə: ANS PRESS