Qadin.NET / Yaponiyadan Putinə rədd cavabı

Yaponiyadan Putinə rədd cavabı

 

Yaponiyadan Putinə rədd cavabı

Yaponiyanın baş naziri Sindzo Abe faşizm üzərindəki qələbənin 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək.ANS PRESS-in məlumatına görə, İtar Tass xəbər verir ki, bu barədə ölkənin “Sankey” qəzeti hakimiyyətdə olan mənbələrə istinadən yazıb.Onların sözlərinə görə, baş nazirin qərarı barədə rəsmi açıqlama apreldə veriləcək.
Qeyd olunur ki, Sindzo Abe ABŞ, Fransa və Almaniyanın rədd cavabını nəzərə alaraq bu qərara gəlib. Lakin qəzet əlavə edib ki, Sindzo Abenin rədd cavabı ikinci dünya müharibəsi ilə əlaqədar Rusiya ilə olan müqavilənin olmamasını və Cənubi Kuril adaları ilə bağlıdır.

 

Mənbə: ANS PRESS

30 mart 2015
GO BACK