Qadin.NET / İnternetə qoşulma sürəti necədir?

İnternetə qoşulma sürəti necədir?

 

Akamai Technologies şirkətinin növbəti hesabatına əsasən, 2014-cü ilin dördüncü rübündə dünyada internetə qoşulmanın orta sürəti 4,5 Mbit/s təşkil edib ki, bu da ötən rüblə müqayisədə 0,7 faiz yüksəkdir, həmçinin ötən ilin göstəricisini 20 faiz ötür.Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin məlumatına görə, Cənubi Koreya sakinləri ən sürətli internet çıxışa malikdir: 2014-cü ilin oktyabr-dekabr aylarında bu ölkədə internetə qoşulmanın orta sürəti 22,2 Mbit/s təşkil edib ki, bu da illik hesablama üzrə 1,6 faiz yüksəkdir.Honkonq bu göstərici üzrə ikinci pillədə qərarlaşıb, orada istifadəçilər internetə 16,8 Mbit/s orta sürətlə daxil olurlar. Yaponiya (15.2 Mbit/san) üçüncü pillədə yer alıb. Ekspertlər bildirirlər ki, internetə qoşulmanın sürəti üzrə ilk onluğa daxil olan bütün ölkələrdə irəliləmə müşahidə olunub. Bu siyahıda, həmçinin aşağıdakı ölkələr var: İsveç (14,6 Mbit/s), İsveçrə (14,5 Mbit/s), Hollandiya (14,2 Mbit/s), Latviya (13 Mbit/s), İrlandiya (12,7, Mbit/s), Çexiya (12,3 Mbit/s) və Finlandiya (12,1 Mbit/s).

 

Mənbə: Milli.Az
30 mart 2015
GO BACK