Qadin.NET / Gürcüstanda milli valyutanı dəfn elədilər

Gürcüstanda milli valyutanı dəfn elədilər

 

Gürcüstanda bir neçə qeyri-hökumət təşkilatı Tbilisidə milli valyuta larinin rəmzi dəfn mərasimini keçiriblər. Milli.Az İnterfaks-a istinadən bildirir ki, "Larini ağlayırıq" adlı aksiya sabiq baş nazir Bidzina İvanişvilinin evinin qarşısında baş tutub."20 illik həyatı və 2 illik ağır xəstəliyindən sonra lari keçinib. Buraya gəlmişik ki, sabiq baş nazirə onun xalqı aldatdığını deyək", - "Apriori" təşkilatının sədri Beso Şengeliya söyləyib.Aksiya iştirakçıları içində İvanişvilini şəkli olan əskinaslar təki çap edilmiş kağızlarla doldurulmuş tabut daşıyıblar.Ötən ilin noyabrından bəri gürcü larisinin ABŞ dollarına olan kursu 26,8 faiz aşağı düşüb. Hazırda 2,2242 lari 1 dollardır.

 

Mənbə: Milli.Az
30 mart 2015
GO BACK