Qadin.NET / Bakı metrosunun yeni qatarları gəldi

Bakı metrosunun yeni qatarları gəldi

 

Bakı metrosunun yeni qatarları gəldi

Bakı metropoliteni yeni qatarlar alıb. ANS PRESS-in sdelanounas.ru saytına istinadən verdiyi məlumata görə, Rusiyada istehsal edilən qatarlar artıq Azərbaycana göndərilib; Metrovaqonmaş Bakı metropoliteninə 2 qatar göndərdi" .
Rusiyanın “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC "Bakı Metropoliteni" QSC-yə

 

81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb. 
Hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.
Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub.

Mənbə: ANS PRESS

30 mart 2015
GO BACK