Bakıda keçiriləcək I Avropa Oyunlarına 75 gün qaldı. Vaxt daraldıqca oyunlar ətrafında fikir mübadiləsi genişlənir. Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışıb. O, bu yarşa qitənin ən yaxşı atletlərin cəlb olunacağını bildirib.ANS TV-nin məlumatına görə, Patrik Hikki “Bakı 2015” I Avropa Oyunlarını böyük hadisə adlandırıb:
“Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. “Bakı 2015” Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.
Mənbə: ANS PRESS