Qadin.NET / Rusiya erməni faşizminə qarşı

Rusiya erməni faşizminə qarşı

 

Rusiya erməni faşizminə qarşı

Böyük bir hissəsi Qarabağdan keçir müstəqilliyimizin. Buna görə də Qarabağa aid olan ən kiçik məsələ, hətta Ermənistan özü belə bizə maraqlıdır. Məsələ belədir. Faşizm üzərində qələbənin yubileyi ərəfəsində Ermənilər beynəlxalq miqyaslı bir cinayətdə əlbirlikdə şübhəli bilinir. Özü də bu şübhə bir və ya iki erməni ətrafında deyil, bütün erməniliklə bağlıdır. Ermənistanın 2-ci dünya müharibəsində Hitlerlə əməkdaşlıq etmiş erməniləri bu gün qəhrəman kimi təqdim, özü də bunu faşizmə həlledici zərbə endirmiş bir dövlətin - Sovet İttifaqının varisi Rusiyanın ərazisində etməsi artıq Rusiyanın sağlam düşünən insanlarını ciddi narahat etməyə başlayıb. Rusiyanın “Versiya” qəzetində erməniləri faşizm Almaniyası, şəxsən Hitlerlə iş birliyində ittiham edirlər. Onlar Rusiyanın mədəni məkanının cinayətkarlarların qəhrəmanlara çevrilməsində bir kanal kimi istifadə edilməsindən narahatdırlar. Özü də faşistlərə nökərçilik etmiş ermənilərin Rusiyada qəhrəman obrazını yaratmaqda dövlət özü iştirak edir. Məsələn, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın bu fikrləri ilə tanış olaq: “Xalqımızın görkəmli oğlu Qaregin Njde hesab edirdi ki, həyatın başlıca qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin özünükamilləşdirməsi uğrunda mübarizədir. Bu mübarizə ölkələr və xalqların inkişafına dönmədən cəhd göstərməsində ifadə olunur”. Bu sitatı Ermənistanın Rusiyadakı təmsilçisi açıq mətnlə “Literaturnaya qazeta”nın müxbiri üçün gətirir. Bəli, bəli. Mən indi sizə söhbətin kimdən getdiyini və bu adamın xalqın inkişafına gedən yolu əslində necə anladığını faktlarla göstərəcəm. Buna qədər isə bir başqa maraqlı fakt. 2014-cü ildə Qaregin Njdenin həyat və fəaliyyətindən bəhs edən bir film təqdim olunub. Özü də elə həmin Moskvada, təntənəli şəraitdə. Bəs kim idi axı bu Qaregin Njde?…

Qaregin Njde kimi məşhurlaşan Ter-Arutunyan terrorçu erməni qruplaşmalarının fəaliyyətində əməyi olan birisidir. 1917-ci il inqilabından sonra Njde erməni milli ordusu təşkil etmək adı altında silahlı dəstə yaradır və dərhal da azərbaycanlılara qarşı hücuma başlayır. Minlərlə insanı qətlə yetirir. Njde və əlbirləri Vedibasarda, Şərqi Anadoluda və Naxçıvanda qanlı qırğınlar törədirlər, azərbaycanlıları qanına qəltan edirlər. Termin və yarlıq seçməkdə xüsusilə xəsislik göstərən Rusiya mətbuatı bu faktları asanlıqla qanlı etnik təmizləmə adlandırır. 

Deməli Njde biz azərbaycanlılara daha əvvəl tanışdır. Tsexakranizm adlı təlimindən və onu həyata keçirmək üçün əl atdığı amansız üsüllardan. Fəaliyyətə hələ 1918-ci ildən başlasalar da bu ideologiyanı 1934-37-ci ildədə tamamlayıblar. Njde məhz tsexakranizminin banisi sayılır. Bu təlimə görə ermənilər yaranış etibarilə unikal və müstəsnadır. Ermənilər xüsusi təbəqə olmalıdır. Bir az sonra onu Hitlerə aparıb çıxaracaq səbəb də elə burdan qaynaqlanır. Yəni verilən mesaj bu idi ki, ay Hitler biz sizdənik. Kimi istəyirsiz qıra bilərsiz… amma bizi yox. Bu barədə bir az sonra. Hələliksə tsexakranizmin embleminə baxaq. Biz onu sizə faşistlərin tanıdım nişanı ilə yanaşı qoyuruq ki, bir-birinə necə oxşadığını görəsiniz. Bu təlimi təbiətinin amansızlığı baxımından Hitler və Mussolini nəzəriyyələrini belə geridə qoyur. O yalnız erməniləri və erməniliyi bəşəri varlıq kimi qəbul edir. Bütün başqa millətlər onların qulu olmalıdırlar. Bu təlim Nitşenin nəzəriyyəsindən də bəhrələnməklə, xarakter etibarı ilə faşizmin demək olar ki, eynidir. Amma bir az daha sərt forması. Amma bu nəzəriyyənin bizdən ötrü daha bir özəlliyi də var ki, o da türklərə xüsusi münasibəti, yəni türkləri çox aşağılaması, hətta onları heyvana bərəbər tutmasıdır. Njdenin Hitlerə meyl göstərməsini isə mən onun içindəki faşizmin nəhayət ki, özü kimi birisini tapmaq arzusu ilə izah edirəm. Tsexakranizm, eyni zamanda böyük millət yox, həm də böyük ərazilər tutmaq ideologiyası idi. Bu nəzəriyyəyə görə ermənilər bütün millətlərin atasıdır və bu səbəbdən də geniş ərazilərlə təmin olunmalıdır. 
İndi isə bir az əvvələ qayıdaq. Rusiya mətbuatının Ermənistanı Hitlerlə əməkdaşlıqda tutmasına. 1921-ci ildə Ermənistanın sovetləşdirilməsindən sonra Qaregin Njde Avropaya qaçır və Türkiyənin Vaşinqtonda səfirini qətlə yetirməyə cəhd göstərir. Almaniyada Hitlerin hakimiyyətə gəlişindən sonra isə o, Hitlerpərəst təşkilat olan “Tseqakron”u yaradır. Bu qurum nəsə siyasi partiya, terror təşkilatı və dini sekta arasında bir şey idi. 1942-ci ildə isə o, Berlinə gedir. Niyə? Səbəb çox sadə idi. Gedir ki, fürerə olan rəğbətini şəxsən ona çatdırsın və elə orda da vermaxtın tərkibində erməni legionunu yaratmağa başlayır. Bu işdə ona daha çox General Dro kimi tanınan Drastamat Kanayan kömək edir. Avstriya tarixçisi Erik Fayql yazır ki, 1942-ci ild Dro Hitlerlə görüşür. Tarixçinin yazdığına görə, Dronun heç bir vicdan ağrısı çəkmədən öldürmək təcrübəsi var idi. Və bu qabiliyyət Qimlerdə çox güclü təəssürat buraxdı. 30 min erməni Dronun çağırışına cavab verməklə nasistlərə birləşdi. Avstriyalı tarixçinin sonrakı məlumatları daha tükürpədici idi. Erməni legionunun əskərləri hitlerçilərin işğal etdiyi ərazilərdə yəhudi və qaraçıların kütləvi şəkildə qətlə yetirilməsində ən fəal surətdə iştirak edirdilər. Belə ki, 809-cu erməni piyada batalyonu Ukrayna və Polşaya atılmışdı ki, burada ən amansız üsullarla partizanlara qarşı döyüşsün. 1943-cü ilin aprelində general Dro kəşfiyyat-diversiya tədbirləri həyata keçirmək üçün Şimali Qafqaz cəbhəsində qoşunların arxasına keçmişdi. Rusiya Federal Kəşfiyyat Xidmətinin arxivində mühüm bir sənəd saxlanır. Burada qeyd olunur: 1942-ci ildə Rostovun işğalı zamanı şəhərə general Dronun rəhbərliyi altında bir qrup erməni millətçisi gəlir. Qrupun əlində Hitlerin ona verdiyi belə bir səlahiyyət var idi ki, Qafqaz millətlərindən ibarət könüllülər legionu yaratsın. Bu legionun əsas məqsədi Hitlerin Bakı nefti uğrunda apardığı mübarizədə ona həlledici köməyi etməklə yanaşı, həm də Bütün Qafqazyanı ərazilərdə Hitler hakimiyyətini yaratmaq idi. Amma alınmadı. Müharibə bitdi. General Dro Hitler məğlubiyyətə uğrayandan sonra Birləşmiş Ştatlara köçdü və ömrünü Bostonda başa vurdu. Qareginin taleyi isə başqa cür oldu. O, 1944-cü ildə Bolqarıstana sığındı. O ümidlə ki, bunda onu gizlədərlər. Amma Hitlerin əlaltısını həbs edərək Sovet İttifaqına təhvil verdilər. Maraqlıdır ki, onda hələ sovet sosialist respublikası olmağına, baxmayaraq Ermənistan Njdeni qorumaq uçün ağlasığmaz addımlar atdı. Guya onu Ermənistan öz tərəfinə, Sovet Ermənistanına işlməyə vadar edir və o, artıq Ermənistanın adamıdır. Əlbəttə, bu belə deyildi. Saldəcə onu xilas etmək üçün belə edirdilər. Hansı gün üçün? Niyə? Bu artıq başqa söhbətin mövzusudur… 
Beləliklə, Njde 1920-1921-ci ildə törətdiyi etnik təmizləmələrə görə 25 illik həbs cəzasına məhkum edildi. 1955-ci ildə isə Vladimirsk həbsxanasında öldü. Rusiya mətbuatından gətirdiyimiz bu sitatlardan məqsədimiz daha bir erməni cinayətkarını sizə təqdim etmək deyil. Burda məsələ başqadır. Rusiyanı Qafqazdakı forposutunun Ermənistanın general Dro və Qaregin Njdenin şəxsiyyətinə pərəstiş formalaşdırmaq cəhdi və onları müdhiş bir qəhrəmana çevirmək çabaları narahat edir. Artıq bu adamların xatirəsinə həsr olunmuş sikkələr braxılıb, onların şərəfinə bədii və sənədli filmlər çəkilib. İrəvanda isə mərkəzi meydanlardan birinə Njdenin adı verilib. Bax belə. Rusiya mətbuatı yazır: “Qeyd edirik ki, kult heç də hansısa marqinal siyasi qruplaşmalar tərəfindən yaradılmır. Bütün bu işlərin arxasında Ermənistan dövləti şəxsən özü durur. Erməni diaspora fəalları Njdenin dəfn olunduğu yerə müntəzəm ziyarətlər təşkil edir. Əslində bu şərhin əsas məqsədində mən də rusiyalı həmkarlarımla razılaşıram. Doğrudanmı Rusiya natsizmin reablitasıyası cəhdlərini qəti olaraq qəbul eləmir. Əgər belədirsə, onda niyə Drastamat Kanayan və Qaragen Njdenin Ermənistanda, hətta artıq Rusiyada kultlaşdırılmasının qarşısını almırlar. Belədə ən azı qəribə görünür: Hitlerin əlaltılarının Ukraynada qəhrəmanlaşdırılması Moskvanın nəzər nöqtəsinə görə yolverilməzdir, buna görə, hətta silahlı müdaxilə də etmək olar, amma Rusiyanın yaxın müttəfiqi Ermənistana bunu rəva bilmək olar? Bu nədir - ikili standartlar yoxsa, sadəcə diqqətsizlik. Məncə diqqətsizlik. Çünki doğrudan da Putin Krımı Rusiya Federasiyasının tərkibinə qatarkən cəmiyyətə cəmi bir arqument gətirmişdi ki, onlar faşistdirlər, Banderaçılardır, gəlib hamınızı qıracaqlar…Krımı biz qorumalıyıq! Ermənistanın general Dro və Njdedən qəhrəman düzəltmək cəhdləri artıq Rusiyanın İkinci Dünya müharibəsi veteranlarını prezident Putinə məktub yazmağa vadar edib. Məktubdan bir parçanı oxuyuruq: “Ermənistan Respublikasında tarixi həqiqətlərin təhrif olunması və natsistlərin qəhrəmanlaşdırılması prosesini ürək ağrısı ilə izləyirik. Rusiyanın paytaxtında “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiiynə” kitabı təqdim olunur. Bizi ən çox o məyus edir ki, Sovet İttifaqının varisi olan bir ölkədə faşist satqınları təbliğ olunur”. Qəzetdən gətirdiyimiz bu sitatlar Rusiyanın Ermənistana verilməsi çoxlu sualının olduğunu ortaya qoyur. Doğrudan da bütün tarixi boyu Rusiyanın silahı və dəstəyi ilə mövcud olmuş və buna görə də heç vaxt rusların borcudan çıxa bilməyəcək ermənilər niyə özlərini Moskvaya, onun ana xəttinə zidd aparsınlar?! Bizim isə sualımız yoxdur. Həmişə demirdik ki, bunlar faşistdirlər? İndi də deyirik. Amma indi həm də göstəririk.
Mənbə: ANS PRESS

 

30 mart 2015
GO BACK