Qadin.NET / 110 ölkədə tətbiq olunan qanun

110 ölkədə tətbiq olunan qanun

 

Saatların irəli və yaxud geri çəkilməsi insanların sağlamlığına mənfi təsir göstərir, onların gündəlik, adət etdikləri rejimi dəyişir. 
RTV (Region TV) xəbər verir ki, vaxtın dəyişməsindən isə daha çox depressiyaya meylli, yüksək təzyiqli, xüsusən də ürək və qan-damar xəstəliyindən əziyyət çəkən insanlar zərər görürlər. Mütəxəssislər bildirirlər ki, saatların çəkilməsi insanların sağlamlığı ilə yanaşı psixologiyasına da mənfi təsir göstərir, yuxusuzluq yaradır, davranışlarda gərginlik olur. 
Uyğunlaşma prosesi insanların sinir sisteminə də mənfi təsir göstərir. Saat əqrəbinin irəli və geri çəkilməsi ilə bağlı ilk təklif 1880-ci ildə ingilis mühəndisi Uilyam Uillet tərəfindən irəli sürülüb. Saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib.

Mənbə: Milli.Az

 

30 mart 2015
GO BACK