Qadin.NET / Polis olmaq istəyənlərin nəzərinə

Polis olmaq istəyənlərin nəzərinə

 

2015-ci il aprelin 25-də, saat 10:00-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarının sakinlərini Göyçay rayon Polis şöbəsində qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. 
Sıra baxışında yalnız yuxarıda göstərilən şəhər və rayonların aşağıdakı şərtlərə cavab verən sakinləri iştirak edə blərlər: 
- müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəllər məhkum olunmamış, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, həmçinin boyu 170 santimetrdən aşağı olmayan Azərbaycan Respublikasının qadın vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə elan olunan vəzifələrdə əmək funksiyasının yüksək fiziki gərginlik, həyəcan və həssaslıqla bağlı olmasının, eləcə də xidmətin növbəli, bir çox hallarda gücləndirilmiş iş variantında post-patrul nizami hissələrində aparılacağının nəzərə alınması xahiş olunur.
Mənbə: Milli.Az

 

30 mart 2015
GO BACK