Qadin.NET / Rəhmətə getmiş şəxs üçün hansı əməllərin edilməsi vacibdir?

Rəhmətə getmiş şəxs üçün hansı əməllərin edilməsi vacibdir?

 

Milli.Az islam.az-a istinadən bildirir ki, rəhmətə getmiş şəxsdən ötrü şəriətimiz 3 əməlin icra edilməsini vacib bilir. Bunlar ölünü qüsl-kəfən etmək, ona cənazə namazı qılmaq və şəriətdə nəzərdə tutulmuş qaydada dəfn etməkdir.
Hər bir müsəlman cənazəsi üçün bunlar edilməlidir. Bunlar vacibi-kifayi sayılır. Yəni nə qədər ki, cənazə üçün bunlar edilməyib, ölüdən xəbər tutan hər kəs cavabdehlik daşıyır. 
Amma bir nəfər bu 3 əməli yerinə yetirsə, məsuliyyət başqalarının öhdəsindən götürülər. Bu əməllərə görə zəhmət haqqı istəmək günahdır. Cənazəyə, dəfnə və dəfndən sonraya aid olan başqa əməllər (məsələn, ölü üçün 3, 40, cümə axşamı, il mərasimləri təşkil etmək, Quran oxuyub ruhuna hədiyyə etmək və s.) vacib yox, müstəhəbdir. 

Mənbə: Milli.Az

 

29 mart 2015
GO BACK