Abituriyentlərin nəzərinə
Azərbaycanda ali və orta ixtisas məktəblərinin rus bölməsinə qəbul olmaq üçün 7042 abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək.ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İmtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən etibarən internet vasitəsilə aparılır və bu proses martın 31-də saat 23:59-da başa çatacaq. Bu gün saat 14:00-dək olan məlumata görə, 7042 nəfər rus bölməsinin abituriyenti qeydiyyatdan keçib.Qeyd edək ki, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verməlidirlər.Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən 1-ci imtahan aprelin 26-da, 2-ci imtahan isə iyulun 7-də keçiriləcək.
Mənbə: ANS PRESS
29 mart 2015
GO BACK