Qadin.NET / Xalq artisti ilə bağlı sərəncam imzalandı

Xalq artisti ilə bağlı sərəncam imzalandı

Xalq artisti ilə bağlı sərəncam imzalandı
Xalq artisti, kinoaktrisa Şəfiqə Məmmədova dövlət başçısı tərəfindən mükafatlandırılıb.ANS PRESS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Şəfiqə Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Şəfiqə Haşım qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin.
Ş.Məmmədova Azərbaycanın xalq artisti (1982), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədridir (2012).

Mənbə: ANS PRESS

29 mart 2015
GO BACK