Qadin.NET / Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu

Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu

Martın 27-də cəbhənin Ağdam istiqamətində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlu martın 28-də doğulduğu Lənkəran rayonunda dəfn olunub.
Milli.Az-ın Azər Tac-a istinadən verdiyi məlumata görə, Aşağı Nüvədi kəndindəki qəbristanlıqda torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində “N” saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna dualar oxunub.
Çıxış edənlər hərbçi ailəsində doğulan İqbal Əhmədovun Vətənin ləyaqət və şərəfini öz canından üstün tutması ilə qürur duyduqlarını diqqətə çatdırıblar.
Şəhid İqbal Əhmədov yaylım atəşləri altında son mənzilə yola salınıb.
Qeyd edək ki, baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.
Allah rəhmət eləsin!

Mənbə: Milli.Az

29 mart 2015
GO BACK