Donbasda mövqe tutmaqda olan Rusiya qoşunları genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Ali Radasının birinci vitse-spikeri Andrey Parubi bildirib.
“Hazırda Ukrayna - Rusiya sərhədinə böyük qüvvələr yığılıb. Bir çox məlumatlara görə, bu, artıq sirr deyil ki, yaxın həftələrdə geniş miqyaslı hərbi əməliyyatların başlanması riski var. Putin sanır ki, bu hücum çox parlaq olmalıdır və mayın 9-da Rusiya ordusunun gücünü göstərmək istəyir”, - deyə Parubi vurğulayıb.
“Putini dayandırmağın iki yolu var. Birinci yol, iqtisadi sanksiyalar yolu ilə onun cinayət imperiyasını məhv etməkdir. İkinci yol isə yaxşı silahlandırılmış Ukrayana batalyonlarıdır ki, onlar Rusiya qoşunlarını dayandıra bilərlər”, - deyə vitse-spiker bildirib.
Mənbə: Milli.Az