Qadin.NET / Dəhşətli virus yenə can aldı

Dəhşətli virus yenə can aldı

 

Dəhşətli virus yenə can aldı

Qərbi Afrika ölkələrini bürüyən ölümcül virusdan daha bir nəfər dünyasını dəyişib. 
ANS PRESS-in məlumatına görə, Qərbi Afrika ölkələrindən olan Liberiyada bir müddət əvvəl Ebola epidemiyasına yoluxduğu müəyyən edilən qadın dünyasını dəyişib. 
Liberiyanın səhiyyə nazirinin müavini, eyni zamanda Ebola ilə mübarizə qrupu rəhbəri olan Tolbert Nyensvah mətbuata verdiyi açıqlamada həkimlərin göstəridiyi səylərə baxmayaraq, 44 yaşlı virus daşıyıcısını itirdiklərini bildirib. 
“Ebola hələ də buradadır. əllərimizi yuyaq və insanlarla yaxın təmas halında olmaqdan çəkinək”, - deyə səhiyyə işçisi sözlərinə əlavə edib. 
Ölkədə təxminən üç həftə əvvəl Ebola xəstələrindən biri evə buraxılmış və bu yaxınlara qədər epidemiyaya yoluxma halı müşahidə edilməmişdi. 
Qeyd edək ki, bir ölkədə Ebolanın tamamilə başa çatması üçün 42 gün müddətində heç bir yeni virus daşıyıcısına rast gəlinməməlidir.

Mənbə: ANS PRESS

 

28 mart 2015
GO BACK