Qadin.NET / Bu gün 5 min ildə bir olan hadisə baş verəcək

Bu gün 5 min ildə bir olan hadisə baş verəcək

Bu gün yer səthinin yaxınlığından böyük bir asteroid keçəcək. ANS PRESS-in məlumatına görə, 13 milyon ton TNT partlayıcısı gücündə olan asteroidin yerə 4.5 milyon km məsafədən keçəcəyi güman olunur. Sürəti 37 000 km olan “YB35”asteroidinin diametri təxminən 1 000 metrdir. 
NASA əməkdaşlarından biri bildirib ki, “YB35” ölçülü asteroidlər yerə 5 000 ildən bir yaxınlaşır. Qeyd edək ki, “YB35” böyük bir ölkəni yox etməyə qadir olan asteroidin elmi adıdır. Həmçinin qeyd edilib ki, yerə dəyəcəyi təqdirdə zəlzələ, sunami ilə yanaşı planetimizdə iqlim dəyişikliyi də baş verə bilər. 

Mənbə: Milli.Az

27 mart 2015
GO BACK