Qadin.NET / Göz qələmini 3 aydan artıq işlətməyin

Göz qələmini 3 aydan artıq işlətməyin

 

Kosmetik vasitələr qadınları gözəl göstərə bilər, ancaq düzgün istifadə edilməyəndə xoşagəlməz nəticələrə səbəb olar. 

Milli.Az axşam.az-a istinadən kosmetika istifadəsindəki səhvləri təqdim edir: 
1. Kosmetikanı təmiz əllərlə dərinizə vurun.
2. Kosmetik vasitələri quru, günəş işığından uzaq, qaranlıq yerdə ağzı bağlı saxlayın. 
3. Onları ancaq özünüz istifadə edin, başqaları ilə paylaşmayın. 
4. Kosmetik məhsulları bir biriləriylə qarışdırıb “yeni məhsul” əldə etməyə çalışmayın. “Yeni məhsul”unuz heç bir keyfiyyət standartına cavab vermədiyi üçün məsləhətli deyil. 
5. Bitmiş şampun, bədən geli, üz təmizləmək üçün vasitələrinizə su doldurub işlətməyin. Bunun heç bir mənası yoxdur, su doldurmaqla o məhsulu tamamilə məhv edirsiniz, sizə faydası olmaz.
6. Aldığınız vasitələri təyinatı üzrə istifadə edin. Dodaq boyasını ənlik kimi, yaxud dodaq qələmini göz qələmi kimi deyil. 
7. Kosmetik vasitələrin son istifadə tarixlərinə mütləq diqqət edin. İstifadə tarixi keçən şeyləri atın. Göz qələmlərinizi açandan sonra ən çoxu 3 ay işlədin. 
8. Dərinizin xüsusiyyətinə uyğun məhsullar alın. Quru və ya yağlı dərilər üçün olduqlarına fikir verin.
9. Onları inandığınız yerlərdən alın.
10. Makiyajınızı gecə mütləq təmizləyib yatın.
Mənbə:Milli.Az

 

27 mart 2015
GO BACK