Qadin.NET / Bu qidalar xərçəngin qarşısını alır - SİYAHI

Bu qidalar xərçəngin qarşısını alır - SİYAHI

 

Dövrümüzün ən təhlükəli xəstəliklərindən biri də xərçəngdir. Bir çox xəstəliklərdə olduğu kimi xərçəngdən də qorunmaq üçün sağlam və faydalı qidalarla qidalanmaq lazımdır. 
Milli.Az lent.az-a istinadən xərçənglə mübarizə aparan qidaların adlarını açıqlayır.
Antixərçəng xüsusiyyəti olan sarımsaq güclü immunitet dəstəkləyicisidir. Həftədə 2-3 ədəd çiy sarımsaq yeyin.
Bir çox insanların sevərək yediyi nar, gilas, çiyələk kimi qırmızı meyvələr tərkibində olan eklafik asitlə bədəndə xərçəng hüceyrələrinin artmasını əngəlləyir. Kirli hava şəraitində yaşayan və siqaret çəkənlər hər gün qırımızı meyvə yeməlidir. 
Pomidorun tərkibində olan laykopenin prostat xərçənginə qarşı əngəlləyici təsirinin olduğu deyilir. Antioksidan təsirli pomidor immuniteti gücləndirir. 
Brokoli tərkibindəki qlutamin sayəsində xüsusən mədə xərçənginə qarşı qoruyur. 
Yaşıl və qara çayın içərisində olan polifenollar xərçəng riskini yüksəldən hüceyrə aktivliyini əngəlləyir. 
Lobya tərkibindəki fito esterogen və izaflavonlar sayəsində menopuza sonrası döş xərçənginin qarşısını alır. 
B vitamini və betakarotenlə zəngin olan yer alması xərçəngə qarşı qoruyur. 
Kapsaisin adı verilən fitokimyəvi qırmızı bibər yeyərkən istilik verərək xərçəngə qarşı da qoruyur. 
Zəncəfil şişin böyüməsini əngəlləyir.
Mənbə:Milli.Az

 

25 mart 2015
GO BACK