Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən martın 25-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 25 mart 2015
Hicri: 4 cəməduəs-sani 1436
İlin 84-cü günü
İlin sonuna 281 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 05.28
Günəş - 06.38
Zöhr - 12.51
Əsr - 16.47
Məğrib – 19.10
İşa – 20.28
421 - Venesiyanın əsası qoyulub.
1611 - türk səyyahı Evliya Çələbi dünyaya göz açıb.
1897 - publisist Qulam Məmmədli doğulub.
1907 - şair Almas İldırım anadan olub.
1949 - Sovet hökumətinin qərarı ilə Litva, Estoniya və Latviyadan 92000 adam sürgün edildib.
1965 - amerikalı aktrisa Sara Cessika Parker dünyaya göz açıb.
1992 – Ali Sovetin fövqəladə sessiyasında Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edilib.
Ali Sovetin qərarına əsasən, növbədənkənar prezident seçkiləri 1992-ci il iyunun 7-nə təyin olunub. 
1997 – Azərbaycan prezidenti Heydər Əliyevin Ukraynaya rəsmi səfəri gedişində ikitərəfli sənədlər, o cümlədən dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb.
Azərbaycan prezidenti Ukraynanın ali dövlət mükafatı, "Yaroslav Mudrı" ordeni ilə təltif edilib. 
2000 – Milli Məclisdə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunduqdan sonra yerinə yetirməli olduğu öhdəliklər sənədi qəbul olunub.
Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin tərtib etdiyi öhdəliklər siyahısı Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanıb.
2007 - Azərbaycan Vikipediyasında 1000-ci istifadəçi qeydiyyatdan keçib.
2009 - türk siyasətçisi Möhsün Yazıçıoğlu (d. 1954) helikopter qəzasında dünyasını dəyişib.

Mənbə:Milli.Az

 

25 mart 2015
GO BACK