Qadin.NET / Həkim məsləhətini qulaqardına vurdu, artıq 104 yaşı var

Həkim məsləhətini qulaqardına vurdu, artıq 104 yaşı var

 

Adətən, insanlara belə bir məsləhət verilir ki, uzun yaşamaq istəyirsənsə, sağlamlığa ziyan vuran qidalardan uzaq durun. ABŞ-da isə bir qadın bu xəbərdarlığa məhəl qoymamaqla yanaşı, onun əksinə hərəkət edib. 
Milli.Az atv.az-a istinadən bildirri ki, 40 il əvvəl həkimlər bu qadına qazlı, sərinləşdirici içkilərdən uzaq olmağı məsləhət görüblər. O isə inadla hər gün 3 dəfə bu içkilərdən içir. Nə qədər qəribə səslənsə də, qadının artıq  104 yaşı var.
40 il əvvəl vəziyyəti ağırlaşanda həkimlər ona məsləhət görüblər ki, mağazalarda satılan qazlı sərinləşdirici içkilərdən uzaq olsun. Amma Elizabet onların bu məsləhətini qulaqardına vurub. Ömrünün son illərini bol-bol sərinləşdirici içki içməklə keçirmək istəyən qadın, 40 ildir həkimlərin təhlükəli bildiyi içkilərdən içir.
Həkimlərin proqnozunun özünü doğrultmaması, Elizabet Sallivanın onlara olan etimadını zədələyib. Deyir, bundan sonra heç bir həkimin sözünə qulaq asan deyil. Gündə 3 dəfə sodalı su içən qadın bunun sayəsində  104 il yaşadığından çox əmindir. Səhhətində də heç bir problem yoxdur, nə başağrısı, nə təzyiq, nə də ürək ağrısı…
Hər nə qədər  insanlara nümunə olmaq baxımından avazı xoş gəlməsə də, həkimlər də onun bu qədər həssas yaşda, bu qədər qazlı su içməklə sağ-salamat qalmasına məətəl qalıblar.

Mənbə:Milli.Az

 

25 mart 2015
GO BACK