“Ebola” virusundan ölənlərin sayı 10 mini ötüb.
ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 10 004 nəfər olduğu bildirilib. Bu, bir ay ərzində min nəfərin artması deməkdir.
Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 24 350 insan təşkil edib.
Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Ebola virusunun yaratdığı epidemiya nəticəsində bu ölkələrdə minlərlə insan çarəsiz şəkildə ölümə təslim olacağı günü gözləyir..
Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.