İnsanların ən xoşbəxt olduqları yaş müəyyən edilib. ANS PRESS-in məlumatına görə, bunu İngiltərənin bir təhlükəsizlik şirkəti maraqlı araşdırma aparıb. Bunun üçün yaşı 40-ı keçən minlərlə insan təcrübəyə cəlb edilib.
Nəticədə müəyyən edilib ki, insanın özünü ən xoşbəxt hiss etdiyi yaş 34-dür.
Sorğuda iştirak edənlərin çoxu bu yaşda ailə qurduğu, kariyerasının zirvəsinə çatdığını və həyatdan zövq almaq üçün maliyyə azadlığı əldə etdiyini deyib.
Araşdırmaya qatılanların 47 faizi indiyə qədər xoşbəxt olduqlarını, 43 faizi çətinliklərlə xoşbəxt anların bərabər olduğunu deyiblər. 10 faiz isə indiyə qədər daha bədbəxt həyat keçirdiklərini deyib.
Mənbə:ANS PRESS